Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə aprelin 9-dan 12-dək Ağcabədi Olimpiya İdman Kompleksində “Könlüm Qarabağda, Könlüm Zəngəzurda” adlı gənclər düşərgəsi keçirilib.
Düşərgənin məqsədi Qarabağ və Şərqi Zəngəzur regionlarından olan gənclərin şəbəkələşməsini gücləndirmək, birlik və həmrəyliklərini artırmaq, təşəbbüslərini dəstəkləmək, həmçinin bərpa-quruculuq prosesinə yönəlmiş innovativ ideyaları bir araya gətirmək olub.
Dörd gün davam edən proqramda 65 gənc iştirak edib və müxtəlif komandalar üzrə fəaliyyət göstəriblər. Düşərgə çərçivəsində qazilərlə görüşlər, infosessiyalar, təlimlər, vörkşoplar, intellektual oyunlar, idman yarışları və asudə vaxtın səmərəli təşkili məqsədilə müxtəlif tədbirlər təşkil olunub.
Proqramın əsas hissələrindən biri olaraq iştirakçılar Şuşa və Xankəndi şəhərlərinə ekskursiya edərək bölgənin zəngin mədəni-tarixi irsi və aparılan bərpa işləri ilə yaxından tanış olublar.
Tələbələr arasında stolüstü tennis yarışı keçirilib
16 Noyabr 2026
AFFA UEFA Millətlər Liqasının Ermənistan-Kipr oyununda baş verən insidentlə bağlı UEFA-ya rəsmi eti…
13 Noyabr 2026
Bakı “SportAccord Convention 2027”yə ev sahibliyi edəcək
13 Noyabr 2026
Şərur Olimpiya İdman Kompleksində təmir işləri yekunlaşıb
13 Noyabr 2026
Məktəblilər üçün atletika təlimlərinə start veriləcək
10 Noyabr 2026
“ExpoSport Azerbaijan” sərgisi
10 Noyabr 2026
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
31 Oktyabr 2026
Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və fl…
27 Oktyabr 2026
Bədii gimnastika üzrə “Ocaq Cup” beynəlxalq turniri
23 Oktyabr 2026
Naxçıvanda karateçilərin açıq hava məşqi təşkil olunub
23 Oktyabr 2026