Aprelin 6-dan 15-dək Gənclər və İdman Nazirliyi ilk dəfə olaraq ADA Universiteti tərəfindən təşkil olunan “Employability Week 2026” proqramında iştirak edib. Nazirlik bu proqramda iştirak edən ilk dövlət qurumu kimi qeydə alınıb.
Proqram çərçivəsində iştirakçılara karyera inkişafı, gələcək bacarıqlar, innovasiya və şəxsi inkişaf istiqamətlərində genişmiqyaslı təlim və interaktiv sessiyalar təqdim olunub. Sessiyalarda “Yüksəliş” müsabiqəsinin ekspertləri, Bakı Şəhər Halqasının mütəxəssisləri, Prezident mükafatçıları, eləcə də nazirliyin əməkdaşları tərəfindən müxtəlif mövzular üzrə praktiki təlimlər həyata keçirilib.
Proqram müddətində hər gün fərqli mövzular üzrə sessiyalar təşkil olunub, iştirakçıların peşəkar bacarıqlarının inkişafına və əmək bazarına hazırlıqlarının gücləndirilməsinə xüsusi diqqət yetirilib. Proqramın yekununda seçilmiş qalib gənclər aprelin 24-də ADA Universitetində keçiriləcək bağlanış mərasimində mükafatlandırılacaqlar.
Qeyd edək ki, proqram çərçivəsində ən azı 5 tələbə iştirakçı qurumlar tərəfindən seçilərək təcrübə imkanı əldə edəcək.
Tələbələr arasında stolüstü tennis yarışı keçirilib
16 Noyabr 2026
AFFA UEFA Millətlər Liqasının Ermənistan-Kipr oyununda baş verən insidentlə bağlı UEFA-ya rəsmi eti…
13 Noyabr 2026
Bakı “SportAccord Convention 2027”yə ev sahibliyi edəcək
13 Noyabr 2026
Şərur Olimpiya İdman Kompleksində təmir işləri yekunlaşıb
13 Noyabr 2026
Məktəblilər üçün atletika təlimlərinə start veriləcək
10 Noyabr 2026
“ExpoSport Azerbaijan” sərgisi
10 Noyabr 2026
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
31 Oktyabr 2026
Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və fl…
27 Oktyabr 2026
Bədii gimnastika üzrə “Ocaq Cup” beynəlxalq turniri
23 Oktyabr 2026
Naxçıvanda karateçilərin açıq hava məşqi təşkil olunub
23 Oktyabr 2026