Təhsil İdman Peşə İnnovasiya Karyera

İdman

Logo

“BAHAR KUBOKU” UĞRUNDA KONKUR YARIŞLARI KEÇİRİLİB

“BAHAR KUBOKU” UĞRUNDA KONKUR YARIŞLARI KEÇİRİLİB

Aprelin 14-15-də “Sərhədçi” Atçılıq Mərkəzində “Bahar Kuboku” uğrunda konkur yarışları keçirilib. Yarışda Azərbaycanın müxtəlif atçılıq klublarından 21 yaşadək idmançılar 6 yaşadək olan atlarla, 21 yaşdan yuxarı idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla iştirak ediblər.

“A” kateqoriyasında Ayan Fərəcova “Tibet” ləqəbli atla birinci, Mədinə Məmmədova “Ayla” ləqəbli atla ikinci, Amena Qonizzi “Pur-Pur” ləqəbli atla üçüncü yerin sahibi olublar.

“L” kateqoriyasında Anar Hümbətov “Zirvə” ləqəbli atla birinci, Elmar Abdullayev “Carthanio” ləqəbli atla ikinci, Seyid Musayev “Uca” ləqəbli atla üçüncü yerə layiq görülüblər.

“M*” kateqoriyasında Mübariz Hüseynov “Elano C” ləqəbli atla birinci, Elmar Abdullayev “Carthanio” ləqəbli atla ikinci, Seyid Musayev “Zidan D” ləqəbli atla üçüncü yeri tutublar.


“BAHAR KUBOKU” UĞRUNDA KONKUR YARIŞLARI KEÇİRİLİB “BAHAR KUBOKU” UĞRUNDA KONKUR YARIŞLARI KEÇİRİLİB “BAHAR KUBOKU” UĞRUNDA KONKUR YARIŞLARI KEÇİRİLİB “BAHAR KUBOKU” UĞRUNDA KONKUR YARIŞLARI KEÇİRİLİB “BAHAR KUBOKU” UĞRUNDA KONKUR YARIŞLARI KEÇİRİLİB “BAHAR KUBOKU” UĞRUNDA KONKUR YARIŞLARI KEÇİRİLİB
16 Aprel 2026