Təhsil İdman Peşə İnnovasiya Karyera

İdman

Logo

“ŞHK JUNİOR LİQA – ANAR MƏMMƏDXANOV KUBOKU” KEÇİRİLİB

“ŞHK JUNİOR LİQA – ANAR MƏMMƏDXANOV KUBOKU” KEÇİRİLİB

Aprelin 10-da Heydər Əliyev Sarayında keçirilən “ŞHK Junior Liqa – Anar Məmmədxanov Kuboku”nda Bakının 18 məktəb komandası böyük səhnədə öz istedadını nümayiş etdirib.

Yarışın nəticələrinə əsasən, 6 nömrəli məktəbin “Palata №6” komandası böyük qızıl kuboka layiq görülüb. 189-190 nömrəli məktəblərin “Abrakadabra” komandası böyük gümüş kuboku, Bakı Avropa Liseyinin “Fantastik Dördlük” komandası böyük bürünc kuboku, 17 nömrəli məktəbin “Əhmədli Şumu” komandası kiçik qızıl kuboku əldə ediblər. 56 nömrəli məktəbin komandası kiçik gümüş kuboka, 18 nömrəli məktəbin “Şəhər Uşaqları” komandası isə kiçik bürünc kuboka sahib olublar. Həmçinin kubokda iştirak edən bütün komandalara xatirə olaraq kiçik kuboklar təqdim olunub.

“Bakılı oğlanlar” ŞHK komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun xatirəsinə həsr olunmuş layihədə münsiflər heyətində Murad Dadaşov, Cavid Şahbazbəyov, Zəhra Bədəlbəyli, İradə Məmmədxanova, Hacı Nuran Hüseynov və Nəriman Abduləliyev yer alıblar.


“ŞHK JUNİOR LİQA – ANAR MƏMMƏDXANOV KUBOKU” KEÇİRİLİB “ŞHK JUNİOR LİQA – ANAR MƏMMƏDXANOV KUBOKU” KEÇİRİLİB “ŞHK JUNİOR LİQA – ANAR MƏMMƏDXANOV KUBOKU” KEÇİRİLİB “ŞHK JUNİOR LİQA – ANAR MƏMMƏDXANOV KUBOKU” KEÇİRİLİB “ŞHK JUNİOR LİQA – ANAR MƏMMƏDXANOV KUBOKU” KEÇİRİLİB “ŞHK JUNİOR LİQA – ANAR MƏMMƏDXANOV KUBOKU” KEÇİRİLİB
15 Aprel 2026