Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə “Üzməyi öyrənək” layihəsi çərçivəsində fəaliyyət göstərəcək məşqçilər üçün seminar keçirilib. Aprelin 8-dən 10-dək davam edən təlim proqramını uğurla başa vuran məşqçilər layihə çərçivəsində eyni metodologiya əsasında məktəblilərə üzgüçülük dərsləri keçəcəklər. Bu yanaşma ölkə üzrə vahid üzgüçülük tədrisi modelinin formalaşdırılmasına və mütəxəssislər arasında ortaq metodiki yanaşmanın tətbiqinə xidmət edir.
Qeyd edək ki, respublikanın müxtəlif bölgələrini təmsil edən 58 məşqçinin iştirakı ilə keçirilən seminarı üzgüçülük üzrə Azərbaycan milli komandasının baş məşqçisi, isveçrəli mütəxəssis Luka Qabrilo aparıb. Təlimi uğurla başa vuran məqçilərə sertifikatlar təqdim olunub.
Tələbələr arasında stolüstü tennis yarışı keçirilib
16 Noyabr 2026
AFFA UEFA Millətlər Liqasının Ermənistan-Kipr oyununda baş verən insidentlə bağlı UEFA-ya rəsmi eti…
13 Noyabr 2026
Bakı “SportAccord Convention 2027”yə ev sahibliyi edəcək
13 Noyabr 2026
Şərur Olimpiya İdman Kompleksində təmir işləri yekunlaşıb
13 Noyabr 2026
Məktəblilər üçün atletika təlimlərinə start veriləcək
10 Noyabr 2026
“ExpoSport Azerbaijan” sərgisi
10 Noyabr 2026
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
31 Oktyabr 2026
Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və fl…
27 Oktyabr 2026
Bədii gimnastika üzrə “Ocaq Cup” beynəlxalq turniri
23 Oktyabr 2026
Naxçıvanda karateçilərin açıq hava məşqi təşkil olunub
23 Oktyabr 2026