Aprelin 9-da Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş gənc əməkdaşlar arasında qurumlararası II “GİNius” intellektual yarışının növbəti mərhələsi keçirilib. Naxçıvan Şahmat Mərkəzində təşkil olunan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İndira Hacıyeva və Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin səlahiyyətlərini müvəqqəti icra edən nazir müavini Məcid Seyidov çıxış edərək iştirakçılara uğurlar arzulayıblar.
27 komandanın qatıldığı yarış gərgin və maraqlı mübarizə şəraitində keçib. Yekun nəticələrə əsasən, Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi birinci yerə layiq görülüb. Naxçıvan MR Daxili İşlər Nazirliyi ikinci, Naxçıvan Baş Gömrük İdarəsi isə üçüncü pillədə qərarlaşıblar.
Qalib komandalar Bakı şəhərində keçiriləcək respublika final mərhələsində iştirak etmək hüququ qazanıblar.
Tələbələr arasında stolüstü tennis yarışı keçirilib
16 Noyabr 2026
AFFA UEFA Millətlər Liqasının Ermənistan-Kipr oyununda baş verən insidentlə bağlı UEFA-ya rəsmi eti…
13 Noyabr 2026
Bakı “SportAccord Convention 2027”yə ev sahibliyi edəcək
13 Noyabr 2026
Şərur Olimpiya İdman Kompleksində təmir işləri yekunlaşıb
13 Noyabr 2026
Məktəblilər üçün atletika təlimlərinə start veriləcək
10 Noyabr 2026
“ExpoSport Azerbaijan” sərgisi
10 Noyabr 2026
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
31 Oktyabr 2026
Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və fl…
27 Oktyabr 2026
Bədii gimnastika üzrə “Ocaq Cup” beynəlxalq turniri
23 Oktyabr 2026
Naxçıvanda karateçilərin açıq hava məşqi təşkil olunub
23 Oktyabr 2026