WUF13-ə hazırlıq kontekstində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramının birgə təşəbbüsü olan Azərbaycan Şəhərsalma Kampaniyası (AUC2026) çərçivəsində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Gənclər şəhərlər üçün” mövzusunda milli səviyyəli müzakirələrin ilkin məlumatlandırma görüşü keçirilib.
Respublikada fəaliyyət göstərən 33 Gənclər Evində aprel ayı ərzində davam edəcək bu müzakirələrin əsas məqsədi gənclərin şəhərsalma və şəhər inkişafı proseslərində fəal iştirakını təşviq etməkdir. Bu çərçivədə gənclərlə şəhər mobilliyi, inklüziv ictimai məkanlar, davamlı şəhər inkişafı və urban problemlər üzrə müzakirələr aparılacaq. Eyni zamanda ideyalar toplanacaq və ilkin həll təklifləri formalaşdırılacaq.
Gənclər və İdman Nazirliyində Gənclər Evlərinin iştirakı ilə baş tutan görüşdə iştirakçılara Ümumdünya Şəhərsalma Forumunun (WUF13) builki dialoqları, proqramı və qeydiyyat prosesi haqqında ətraflı məlumat təqdim olunub. Proses çərçivəsində ümumilikdə 2000-ə yaxın gəncin iştirakı gözlənilir.
Yekunda isə seçilən ən aktiv iştirakçılar Bakı Şəhərsalma Həftəsi çərçivəsində təşkil olunacaq final müzakirələrə qatılmaq imkanı əldə edəcəklər.
Tələbələr arasında stolüstü tennis yarışı keçirilib
16 Noyabr 2026
AFFA UEFA Millətlər Liqasının Ermənistan-Kipr oyununda baş verən insidentlə bağlı UEFA-ya rəsmi eti…
13 Noyabr 2026
Bakı “SportAccord Convention 2027”yə ev sahibliyi edəcək
13 Noyabr 2026
Şərur Olimpiya İdman Kompleksində təmir işləri yekunlaşıb
13 Noyabr 2026
Məktəblilər üçün atletika təlimlərinə start veriləcək
10 Noyabr 2026
“ExpoSport Azerbaijan” sərgisi
10 Noyabr 2026
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
31 Oktyabr 2026
Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və fl…
27 Oktyabr 2026
Bədii gimnastika üzrə “Ocaq Cup” beynəlxalq turniri
23 Oktyabr 2026
Naxçıvanda karateçilərin açıq hava məşqi təşkil olunub
23 Oktyabr 2026