Aprelin 4-də Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş gənc əməkdaşlar arasında keçirilən qurumlararası II “GİNius” intellektual yarışının növbəti mərhələsi baş tutub.
Azərbaycan İdman Akademiyasında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində gənclər və idman nazirinin müşaviri Ramil Cabbarov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıb və belə təşəbbüslərin əhəmiyyətini vurğulayıb.
Komanda ruhunun gücləndirilməsi, çevik qərarvermə bacarıqlarının inkişaf etdirilməsi və qurumlar arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə təşkil olunan bu mərhələdə ümumilikdə 16 qurum iştirak edib.
Yekun nəticələrə əsasən, “Azərbaycan Hava Yolları” QSC, “Regional İnkişaf” İctimai Birliyi, Maliyyə Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Azərbaycan Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Dövlət Turizm Agentliyi növbəti mərhələyə yüksəliblər.
Tələbələr arasında stolüstü tennis yarışı keçirilib
16 Noyabr 2026
AFFA UEFA Millətlər Liqasının Ermənistan-Kipr oyununda baş verən insidentlə bağlı UEFA-ya rəsmi eti…
13 Noyabr 2026
Bakı “SportAccord Convention 2027”yə ev sahibliyi edəcək
13 Noyabr 2026
Şərur Olimpiya İdman Kompleksində təmir işləri yekunlaşıb
13 Noyabr 2026
Məktəblilər üçün atletika təlimlərinə start veriləcək
10 Noyabr 2026
“ExpoSport Azerbaijan” sərgisi
10 Noyabr 2026
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
31 Oktyabr 2026
Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və fl…
27 Oktyabr 2026
Bədii gimnastika üzrə “Ocaq Cup” beynəlxalq turniri
23 Oktyabr 2026
Naxçıvanda karateçilərin açıq hava məşqi təşkil olunub
23 Oktyabr 2026