Gənclər və İdman Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Dini maarifləndirmə və gənclərlə iş” mövzusunda təlim proqramının açılış mərasimi keçirilib.
Bakı Gənclər Mərkəzində təşkil olunan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca “Azərbaycan – sülh və harmoniya məkanı” videoçarxı nümayiş olunub.
Daha sonra gənclər və idman naziri Fərid Qayıbov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxış edərək gənclər siyasəti, dövlətin din siyasəti, milli-mənəvi dəyərlərin qorunması və dini maarifləndirmə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat veriblər.
İki gün davam edəcək təlim proqramının ilk günündə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun təqdimatında “Azərbaycanda mövcud dini durum və qarşıda duran vəzifələr”, Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinovun təqdimatında isə “Dini radikalizmin səbəbləri və onunla mübarizə metodları” mövzularında təlimlər keçirilib.
Qeyd edək ki, təlim proqramı Gənclər və İdman Nazirliyinin regional gənclər və idman idarələrinin, onların tabeliyində olan rayon, şəhər gənclər və idman sektorlarının gənclərlə işləyən əməkdaşları, eləcə də Gənclər Evi sosial xidmət müəssisələrinin metodistləri üçün keçirilir.
Tələbələr arasında stolüstü tennis yarışı keçirilib
16 Noyabr 2026
AFFA UEFA Millətlər Liqasının Ermənistan-Kipr oyununda baş verən insidentlə bağlı UEFA-ya rəsmi eti…
13 Noyabr 2026
Bakı “SportAccord Convention 2027”yə ev sahibliyi edəcək
13 Noyabr 2026
Şərur Olimpiya İdman Kompleksində təmir işləri yekunlaşıb
13 Noyabr 2026
Məktəblilər üçün atletika təlimlərinə start veriləcək
10 Noyabr 2026
“ExpoSport Azerbaijan” sərgisi
10 Noyabr 2026
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
31 Oktyabr 2026
Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və fl…
27 Oktyabr 2026
Bədii gimnastika üzrə “Ocaq Cup” beynəlxalq turniri
23 Oktyabr 2026
Naxçıvanda karateçilərin açıq hava məşqi təşkil olunub
23 Oktyabr 2026