Naxçıvanda “Heydər Əliyev Kuboku” uğrunda ənənəvi futzal turniri keçiriləcək
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının komandaları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda futzal turniri keçiriləcək. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Futzal Federasiyası və Naxçıvan Futbol Federasiyası tərəfindən birgə təşkil olunan yarışda 20 komanda iştirak edəcək.
Mayın 8-də turnirin püşkatma mərasimi reallaşıb. Təşkilatçı qurumların nümayəndələri tədbirdə iştirak edən komandaların təmsilçilərini salamlayaraq yarışın əhəmiyyətindən bəhs ediblər. Qeyd olunub ki, ümummili liderin xatirəsi idman ictimaiyyəti üçün daim əziz tutulur, hər il dahi şəxsiyyətin doğum və anım günləri ilə bağlı silsilə tədbirlər keçirilir. Budəfəki futzal turnirinə də marağın yüksək olduğu vurğulanıb, idmanda kütləviliyin təmini, sağlam həyat tərzinin təbliği baxımından, o cümlədən qurumlararası əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyəti önə çəkilib.
Turnirin reqlamenti barədə məlumat verilib, iştirakçıları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb. Sonra püşkatmaya başlanılıb. Püşkatmanın nəticələrinə uyğun olaraq hər birində 5 komanda olmaqla, 4 qrup formalaşdırılıb.
Qeyd edək ki, mayın 16-da start götürəcək turnirin oyunları İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçiriləcək. Yarışda ilk üç yeri tutacaq komandalara diplom, medal və hədiyyələr, o cümlədən qalib komandaya baş mükafat – “Heydər Əliyev Kuboku” təqdim olunacaq.
Xəbəri Tipik.az Gənclər Platforması Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən paylaşır .
Tələbələr arasında stolüstü tennis yarışı keçirilib
16 Noyabr 2026
AFFA UEFA Millətlər Liqasının Ermənistan-Kipr oyununda baş verən insidentlə bağlı UEFA-ya rəsmi eti…
13 Noyabr 2026
Bakı “SportAccord Convention 2027”yə ev sahibliyi edəcək
13 Noyabr 2026
Şərur Olimpiya İdman Kompleksində təmir işləri yekunlaşıb
13 Noyabr 2026
Məktəblilər üçün atletika təlimlərinə start veriləcək
10 Noyabr 2026
“ExpoSport Azerbaijan” sərgisi
10 Noyabr 2026
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
31 Oktyabr 2026
Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və fl…
27 Oktyabr 2026
Bədii gimnastika üzrə “Ocaq Cup” beynəlxalq turniri
23 Oktyabr 2026
Naxçıvanda karateçilərin açıq hava məşqi təşkil olunub
23 Oktyabr 2026