Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyinin dəstəyi və STEAM Azərbaycanın təşkilatçılığı ilə “AROVC” məsafədən idarəolunan pilotsuz sualtı dron yarışı üzrə respublika turniri keçirilib.
Mayın 7-də “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan turnirdə respublikanın 11 regionundan 11 komanda olmaqla ümumilikdə 42 iştirakçı öz bilik və bacarıqlarını nümayiş etdirərək mübarizə aparıb.
Yarış günü iştirakçılar hazırladıqları sualtı dronlar vasitəsilə texniki tapşırıqları müəyyən olunmuş vaxt ərzində yerinə yetirərək komanda işi, problem həll etmə və mühəndislik bacarıqlarını nümayiş etdiriblər. Yarış iştirakçıları həm nəzəri, həm də praktiki mərhələlərdə innovativ yanaşmaları ilə seçiliblər.
Gərgin mübarizə şəraitində davam edən yarışın nəticələrinə əsasən, “Nereus” komandası (Ağdaş rayonu) birinci, “DeepSeekr” komandası (Abşeron rayonu) ikinci, “Merman” komandası (Bakı şəhəri) isə üçüncü yeri tutublar.
Tələbələr arasında stolüstü tennis yarışı keçirilib
16 Noyabr 2026
AFFA UEFA Millətlər Liqasının Ermənistan-Kipr oyununda baş verən insidentlə bağlı UEFA-ya rəsmi eti…
13 Noyabr 2026
Bakı “SportAccord Convention 2027”yə ev sahibliyi edəcək
13 Noyabr 2026
Şərur Olimpiya İdman Kompleksində təmir işləri yekunlaşıb
13 Noyabr 2026
Məktəblilər üçün atletika təlimlərinə start veriləcək
10 Noyabr 2026
“ExpoSport Azerbaijan” sərgisi
10 Noyabr 2026
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
31 Oktyabr 2026
Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və fl…
27 Oktyabr 2026
Bədii gimnastika üzrə “Ocaq Cup” beynəlxalq turniri
23 Oktyabr 2026
Naxçıvanda karateçilərin açıq hava məşqi təşkil olunub
23 Oktyabr 2026