Mayın 3-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında növbəti dəfə “Bakı Marafonu–2026” təşkil edilib.
2016-cı ildən etibarən ənənəvi olaraq keçirilən marafona bu dəfə 25 minədək iştirakçı qeydiyyatdan keçib. Qeyd edək ki, sayca 9-cu dəfə baş tutan “Bakı Marafonu” ilk dəfə 42 kilometr tam məsafədə təşkil olunub.
İştirakçılar Dövlət Bayrağı Meydanından start götürərək Dənizkənarı Bulvar, Bakı Dəniz Vağzalı, Neftçilər prospekti, Bakı Ağ şəhər Bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsi, Sevgi Parkı, Heydər Əliyev prospekti, BAKU Arena, Böyük İpək Yolu küçəsi, Müzəffər Nərimanov küçəsi, Ziya Bünyadov prospekti, Böyükşor küçəsi, Böyükşor körpüsü, Balaxanı dairəsi, Böyükşor–Pirşağı yolu, Bakı Dairəvi Yolu (Bilgəh–Pirşağı şosesi) istiqamətində davam edərək “Sea Breeze” ərazisində finiş ediblər.
Kişilər arasında Əhməd Alkanoğlu (Türkiyə) finişə birinci çatıb. Vitaliy Şafar (Ukrayna) yarışı ikinci, Yrskeldi Akerov (Qırğızıstan) üçüncü olublar. Qadınların mübarizəsində Yelena Tolstıx (Rusiya) birinci, Anna Yusupova (Azərbaycan) ikinci, Şirin Akimbay (Qazaxıstan) isə üçüncü yeri tutublar.
Tələbələr arasında stolüstü tennis yarışı keçirilib
16 Noyabr 2026
AFFA UEFA Millətlər Liqasının Ermənistan-Kipr oyununda baş verən insidentlə bağlı UEFA-ya rəsmi eti…
13 Noyabr 2026
Bakı “SportAccord Convention 2027”yə ev sahibliyi edəcək
13 Noyabr 2026
Şərur Olimpiya İdman Kompleksində təmir işləri yekunlaşıb
13 Noyabr 2026
Məktəblilər üçün atletika təlimlərinə start veriləcək
10 Noyabr 2026
“ExpoSport Azerbaijan” sərgisi
10 Noyabr 2026
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
31 Oktyabr 2026
Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və fl…
27 Oktyabr 2026
Bədii gimnastika üzrə “Ocaq Cup” beynəlxalq turniri
23 Oktyabr 2026
Naxçıvanda karateçilərin açıq hava məşqi təşkil olunub
23 Oktyabr 2026