Təhsil İdman Peşə İnnovasiya Karyera

İdman

Logo

GƏNCLƏR ÜÇÜN ASTRONOMİYA DÜŞƏRGƏSİ TƏŞKİL OLUNUB

GƏNCLƏR ÜÇÜN ASTRONOMİYA DÜŞƏRGƏSİ TƏŞKİL OLUNUB

Gənclər və İdman Nazirliyi ilə Bakı Dövlət Universiteti (BDU) tərəfindən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində dahi Azərbaycan alimi Nəsirəddin Tusinin 825 illik yubileyinə həsr olunmuş “Astro Kamp” tələbə düşərgəsi təşkil olunub.

Açılış mərasimində Gənclər və İdman Nazirliyinin nümayəndəsi Cəmilə Rzayeva, BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov və Astrofizika kafedrasının dosenti Xıdır Mikayılov çıxış edərək layihənin gənclərin elmi dünyagörüşünün formalaşdırılması, astronomiyaya marağın artırılması və Nəsirəddin Tusi irsinin təbliği baxımından əhəmiyyətini vurğulayıblar.

Düşərgə çərçivəsində Xıdır Mikayılovun rəhbərliyi ilə “Teleskop haqqında texniki təlim” keçirilib. İştirakçılar teleskopun quruluşu və astronomik müşahidələrin aparılması ilə bağlı praktiki biliklər əldə edib, Günəş müşahidəsi həyata keçiriblər. Bununla yanaşı, “İki kainatın kəsişməsində: kosmos və torpaq” mövzusunda təlim, Venera və Yupiter planetlərinin gecə müşahidəsi, “Astroquiz Kahoot” bilik yarışı, art-terapiya sessiyası, oyun saatı və şəbəkələşmə fəaliyyətləri təşkil olunub. Həmçinin “Dayanıqlı İnkişaf Məqsədləri: Yer planetini qoruyaq” mövzusunda təlim keçirilib, iştirakçılar ekoloji məsuliyyət və dayanıqlı inkişaf prinsipləri barədə məlumatlandırılıblar.


GƏNCLƏR ÜÇÜN ASTRONOMİYA DÜŞƏRGƏSİ TƏŞKİL OLUNUB GƏNCLƏR ÜÇÜN ASTRONOMİYA DÜŞƏRGƏSİ TƏŞKİL OLUNUB GƏNCLƏR ÜÇÜN ASTRONOMİYA DÜŞƏRGƏSİ TƏŞKİL OLUNUB GƏNCLƏR ÜÇÜN ASTRONOMİYA DÜŞƏRGƏSİ TƏŞKİL OLUNUB GƏNCLƏR ÜÇÜN ASTRONOMİYA DÜŞƏRGƏSİ TƏŞKİL OLUNUB GƏNCLƏR ÜÇÜN ASTRONOMİYA DÜŞƏRGƏSİ TƏŞKİL OLUNUB
19 May 2026