Məzuniyyət Mərasimi İyunun 14-də "Globus Center"də layihənin rəsmi bağlanış mərasimi keçirilib. Tədbiri giriş sözü ilə Gənc Mentorlar Mərkəzinin icraçı direktoru Yusif Şıxəliyev açıb. O, qonaqları və təlimçiləri salamlayaraq, son mərhələyə qədər gəlib çatan, eləcə də proqramda iştirak edən bütün gəncləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Mərasim Gənc Mentorlar Mərkəzinin təsisçisi və rəhbəri Səid Əliyevin çıxışı ilə davam edib. İştirakçıları əldə etdikləri nailiyyət münasibətilə təbrik edən S.Əliyev mərkəzin irəlidə həyata keçirəcəyi genişmiqyaslı tədbirlər barədə məlumat verib və gəncləri növbəti layihələrdə də fəal iştiraka dəvət edib.
Tədbirdə çıxış edən təlimçi Kristina Məmmədova gənclərin marafondakı fəallığını, komanda işini və yekun təqdimatlardakı bacarıqlarını yüksək qiymətləndirərək, bu cür inkişaf proqramlarının gənclərin gələcək karyerasındakı əhəmiyyətini vurğulayıb.
Tərəfdaşların dəstəyi və gələcək hədəflər Layihənin əsas tərəfdaşlarından biri olan "TİPİK.AZ" gənclər platformasının rəhbəri Şahin Əliyev də məzunlarla görüşərək öz təcrübəsini bölüşüb, onların peşəkar inkişafı üçün dəyərli tövsiyələrini verib.
Rəsmi çıxışların ardınca Gənc Mentorlar Mərkəzinin əməkdaşları və layihə iştirakçıları söz alaraq marafonla bağlı səmimi təəssüratlarını ifadə ediblər. Qeyd olunub ki, layihəni uğurla başa vuran məzunlar mərkəzin "Təlimçi Bazası"na daxil edilərək gələcək fəaliyyətlərdə təlimçi qismində iştirak şansı qazanacaqlar.
Sonda "GlowUp 2: TOT" marafonunun ərsəyə gəlməsində göstərdikləri tərəfdaşlığa və verdikləri dəstəyə görə "BeBrave" komandasına, "TİPİK.AZ" gənclər platformasına və "Odlar Yurdu" İctimai Birliyinə xüsusi təşəkkür ifadə olunub. Mərasim xatirə fotosunun çəkdirilməsi ilə yekunlaşıb.
Xankəndi şəhərində “Zəfər nəsli” gənclər düşərgəsi təşkil olunub
16 Noyabr 2026
Daun sindromlu yeniyetmələrin iştirakı ilə “Təbiətin Dostları Festivalı” keçirilib
10 Noyabr 2026
“Zəfər nəsli” gənclər düşərgəsi keçirilib
10 Noyabr 2026
“Zaqatala Gənclərinin İntellektual Yarışı” layihəsinin rəsmi açılış mərasimi keçirilib!
5 Noyabr 2026
“Fibonacci” intellektual-əyləncəli oyunu yekunlaşıb
3 Noyabr 2026
MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memo…
31 Oktyabr 2026
“Zaqatala Gənclərinin İntellektual Yarışı” layihəsinə qeydiyyat başladı!
25 Oktyabr 2026
“Uğurlu Gələcək Sağlam Gənclikdə Başlayır” layihəsinə start verilib
6 Oktyabr 2026
Xidmət rəisi "Miqrasiya Məktəbi " haqqında paylaşım etdi
5 Oktyabr 2026
Səyyar Gənclər Xidməti növbəti dayanacağı olan Salyan ilə fəaliyyətinə davam edir
1 Oktyabr 2026