Təhsil İdman Peşə İnnovasiya Karyera

Gənclər Təşkilatları

Logo

“Zaqatala Gənclərinin İntellektual Yarışı” layihəsinin rəsmi açılış mərasimi keçirilib!

“Zaqatala Gənclərinin İntellektual Yarışı” layihəsinin rəsmi açılış mərasimi keçirilib!

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, “Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin təşkilati tərəfdaşlığı və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının məkan dəstəyi ilə həyata keçirilən “Zaqatala Gənclərinin İntellektual Yarışı” layihəsinin rəsmi açılış mərasimi baş tutub.

Azərbaycan Respublikası Gənclər Fondunun “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər” üzrə qrant müsabiqəsinin qalibi olan layihənin rəhbəri Zəhra Musayevadır.

Açılış mərasimində UNEC-in Zaqatala filialının direktoru Raqif Qasımov, layihə rəhbəri Zəhra Musayeva, Zaqatala Peşə Məktəbinin direktoru Saleh Dəmirov və digər qonaqlar çıxış ediblər. Çıxışlar zamanı layihənin məqsəd və vəzifələri, gənclərin intellektual potensialının inkişaf etdirilməsi, komanda işi bacarıqlarının gücləndirilməsi və bu cür təşəbbüslərin region gəncləri üçün əhəmiyyəti vurğulanıb.

Açılış mərasiminin ardından “Xəmsə” formatında təşkil olunan intellektual yarışın ilk yarımfinal oyununa start verilib.


“Zaqatala Gənclərinin İntellektual Yarışı” layihəsinin rəsmi açılış mərasimi keçirilib! “Zaqatala Gənclərinin İntellektual Yarışı” layihəsinin rəsmi açılış mərasimi keçirilib! “Zaqatala Gənclərinin İntellektual Yarışı” layihəsinin rəsmi açılış mərasimi keçirilib! “Zaqatala Gənclərinin İntellektual Yarışı” layihəsinin rəsmi açılış mərasimi keçirilib! “Zaqatala Gənclərinin İntellektual Yarışı” layihəsinin rəsmi açılış mərasimi keçirilib! “Zaqatala Gənclərinin İntellektual Yarışı” layihəsinin rəsmi açılış mərasimi keçirilib! “Zaqatala Gənclərinin İntellektual Yarışı” layihəsinin rəsmi açılış mərasimi keçirilib!
5 Noyabr 2026