Təhsil İdman Peşə İnnovasiya Karyera

Gənclər Təşkilatları

Logo

“Fibonacci” intellektual-əyləncəli oyunu yekunlaşıb

“Fibonacci” intellektual-əyləncəli oyunu yekunlaşıb

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən “GİNius tələbə-gənclər kuboku 2026” çərçivəsində “Fibonacci” intellektual-əyləncəli oyunu yekunlaşıb.

Yarımfinal və final mərhələlərindən ibarət olan yarışın yarımfinal oyunları oktyabrın 15-dən 28-dək Bakı şəhərində (iki oyun), həmçinin Quba, Şamaxı, Şəki, Mingəçevir, Gəncə, Lənkəran, Sumqayıt və Naxçıvan Muxtar Respublikasında təşkil olunub. Doqquz yarımfinal oyununda ümumilikdə 138 komanda və 690 tələbə iştirak edib. Hər biri 5 nəfərdən ibarət komandaların mübarizə apardığı yarımfinal oyunlarının nəticələrinə əsasən, ilk üç yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanıblar.

Final mərhələsi noyabrın 3-də Bakı şəhərində keçirilib. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunun nəticələrinə əsasən, Bakı Ali Neft Məktəbinin “Royal Flush” komandası birinci, Azərbaycan Tibb Universitetinin “Old School” komandası ikinci, Azərbaycan Dövlət Aqrar Universitetinin “No Plus Ultra” komandası isə üçüncü yeri tutublar.


“Fibonacci” intellektual-əyləncəli oyunu yekunlaşıb “Fibonacci” intellektual-əyləncəli oyunu yekunlaşıb “Fibonacci” intellektual-əyləncəli oyunu yekunlaşıb “Fibonacci” intellektual-əyləncəli oyunu yekunlaşıb “Fibonacci” intellektual-əyləncəli oyunu yekunlaşıb
3 Noyabr 2026