30 oktyabr 2026-cı il tarixində Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun Bakı filialının inzibati binasında MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Memorandumun imzalanma mərasimi keçirilib. Memorandumun imzalanmasında əsas məqsəd birgə layihə və təşəbbüslərin həyata keçirilməsinə yönəlmiş uzunmüddətli və səmərəli əməkdaşlığın inkişaf etdirilməsidir. Sənəd qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsini, təcrübə və məlumat mübadiləsini, həmçinin birgə tədbirlərin, konfransların, dəyirmi masaların və digər təşəbbüslərin təşkilini nəzərdə tutur. Memorandumun imzalanması qarşıya qoyulan birgə məqsəd və vəzifələrin həyata keçirilməsi çərçivəsində tərəflər arasında əlaqələrin daha da möhkəmləndirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün əsas yaradacaq.
Xankəndi şəhərində “Zəfər nəsli” gənclər düşərgəsi təşkil olunub
16 Noyabr 2026
Daun sindromlu yeniyetmələrin iştirakı ilə “Təbiətin Dostları Festivalı” keçirilib
10 Noyabr 2026
“Zəfər nəsli” gənclər düşərgəsi keçirilib
10 Noyabr 2026
“Zaqatala Gənclərinin İntellektual Yarışı” layihəsinin rəsmi açılış mərasimi keçirilib!
5 Noyabr 2026
“Fibonacci” intellektual-əyləncəli oyunu yekunlaşıb
3 Noyabr 2026
“Zaqatala Gənclərinin İntellektual Yarışı” layihəsinə qeydiyyat başladı!
25 Oktyabr 2026
“Uğurlu Gələcək Sağlam Gənclikdə Başlayır” layihəsinə start verilib
6 Oktyabr 2026
Xidmət rəisi "Miqrasiya Məktəbi " haqqında paylaşım etdi
5 Oktyabr 2026
Səyyar Gənclər Xidməti növbəti dayanacağı olan Salyan ilə fəaliyyətinə davam edir
1 Oktyabr 2026
“Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqə…
30 Sentyabr 2026