Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən dövlət gənclər siyasətinin prioritetlərinə uyğun olaraq həyata keçirilən “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi”nin qalibləri ilə görüş təşkil edilib.
Görüş zamanı çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev qalibləri təbrik edərək icra olunacaq layihələrin gənclərin yeni bilik və bacarıqlarının formalaşdırılmasına, onların ictimai fəallığının artırılmasına və inkişaf imkanlarının genişləndirilməsinə mühüm töhfələr verəcəyini vurğulayıb. Xüsusilə qeyd edib ki, layihələrin həyata keçirilməsi zamanı müasir yanaşmaların tətbiqi, innovativ ideyaların təşviqi, gənclərin təşəbbüskarlığının dəstəklənməsi və əldə olunan nəticələrin davamlılığının təmin edilməsi əsas prioritetlərdən olmalıdır.
Görüşün davamında layihələrin səmərəli və nəticəyönümlü icrasının təmin edilməsi, ayrılmış qrant vəsaitlərindən məqsədyönlü istifadənin təşkili, habelə paytaxt və regionlarda daha geniş gənc auditoriyasının əhatə olunması istiqamətində fikir mübadiləsi aparılıb. Daha sonra Fondun müvafiq şöbələri tərəfindən qaliblərə qrant müqavilələrinin bağlanılması, layihələrin icrası zamanı maliyyə və təsviri hesabatların hazırlanaraq təqdim edilməsi qaydaları, eləcə də digər təşkilati məsələlərlə bağlı ətraflı məlumat verilib. Görüşün sonunda qrant müsabiqəsinin qaliblərini maraqlandıran suallar cavablandırılıb.
Qrant müsabiqəsinin əsas məqsədi gənclərin və gənclər təşkilatlarının potensialının inkişaf etdirilməsi, onların cəmiyyətin sosial, iqtisadi, mədəni və ictimai həyatında fəal iştirakının təşviqi, innovativ və ictimai faydalı təşəbbüslərinin dəstəklənməsi, həmçinin gənclərin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, yaradıcı və sosial məsuliyyətli fərdlər kimi formalaşmasına töhfə vermək olub.
Fondun Müşahidə Şurasının Qərarına əsasən 52-si yerli, 3-ü beynəlxalq olmaqla 55 gənclər təşkilatının, 84 gəncin layihə təklifinin dəstəklənməsi məqsədəuyğun hesab edilib.
Xankəndi şəhərində “Zəfər nəsli” gənclər düşərgəsi təşkil olunub
16 Noyabr 2026
Daun sindromlu yeniyetmələrin iştirakı ilə “Təbiətin Dostları Festivalı” keçirilib
10 Noyabr 2026
“Zəfər nəsli” gənclər düşərgəsi keçirilib
10 Noyabr 2026
“Zaqatala Gənclərinin İntellektual Yarışı” layihəsinin rəsmi açılış mərasimi keçirilib!
5 Noyabr 2026
“Fibonacci” intellektual-əyləncəli oyunu yekunlaşıb
3 Noyabr 2026
MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memo…
31 Oktyabr 2026
“Zaqatala Gənclərinin İntellektual Yarışı” layihəsinə qeydiyyat başladı!
25 Oktyabr 2026
“Uğurlu Gələcək Sağlam Gənclikdə Başlayır” layihəsinə start verilib
6 Oktyabr 2026
Xidmət rəisi "Miqrasiya Məktəbi " haqqında paylaşım etdi
5 Oktyabr 2026
Səyyar Gənclər Xidməti növbəti dayanacağı olan Salyan ilə fəaliyyətinə davam edir
1 Oktyabr 2026