Təhsil İdman Peşə İnnovasiya Karyera

Gənclər Təşkilatları

Logo

Xankəndi şəhərində “Zəfər nəsli” gənclər düşərgəsi təşkil olunub

Xankəndi şəhərində “Zəfər nəsli” gənclər düşərgəsi təşkil olunub

Noyabrın 9-dan 11-dək Xankəndi şəhərində “Zəfər nəsli” gənclər düşərgəsi təşkil olunub.

Düşərgənin məqsədi tarixi Zəfərimizin əhəmiyyətini gənc nəslə aşılamaq, milli-mənəvi dəyərləri və vətənpərvərlik ruhunu gücləndirmək, həmçinin Qarabağın tarixi, mədəni irsi və inkişafını gənclərə tanıtmaqdır.

Açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Dövlət Himni səsləndirilib. Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ülviyyə Axundova və Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Anar Əsgərov çıxış ediblər.

Tədbir bədii hissə ilə davam edib. Gənc müğənnilər Ədilə Əliyeva və Toğrul Abıyev “Qarabağ şikəstəsi”ni, “Elli” qızlar ansamblının solisti Mədinə Səlimova isə “Azərbaycan qızıyam” mahnısını ifa ediblər. Ardınca “Ay Laçın” musiqisinin müşayiəti ilə yallı rəqsi təqdim olunub.

Düşərgənin ilk günü Qarabağ qaziləri ilə “Qəhrəmanlarımızla görüş” adlı tədbir keçirilib. Ardınca Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Hikmət Babaoğlunun iştirakı ilə “Zəfərə aparan yol: Tarix, strategiya və milli iradə” mövzusunda müzakirə təşkil olunub.

Düşərgənin ikinci günü iştirakçılar praktiki hərbi-idman məşğələlərində iştirak edib, Azərbaycanın Xalq artisti Nurəddin Mehdixanlı ilə “Zəfərin ruhu: Söz, sənət və milli yaddaş”, tanınmış teleaparıcı və jurnalist Jalə Həsənli ilə isə “Zəfərin informasiya cəbhəsi” mövzularında görüşlər keçiriblər.

Vətən müharibəsi iştirakçısı, UFC döyüşçüsü Tofiq Musayev “Rinqdə və Vətəndə” mövzusunda gənclərlə söhbət edib. Daha sonra düşərgə iştirakçılarının “Zəfərdən öyrəndiklərimiz və təşəbbüslərimiz” mövzusunda təqdimatları dinlənilib və “Fibonacci” intellektual oyunu keçirilib. Qaliblər kubok və müxtəlif hədiyyələrlə mükafatlandırılıb, bütün iştirakçılara isə sertifikatlar təqdim olunub.

Düşərgənin sonuncu günündə iştirakçılar Xankəndidə Zəfər Tağını ziyarət edib, daha sonra Şuşaya ekskursiya edərək Şuşa qalası ilə tanış olublar.


Xankəndi şəhərində “Zəfər nəsli” gənclər düşərgəsi təşkil olunub Xankəndi şəhərində “Zəfər nəsli” gənclər düşərgəsi təşkil olunub Xankəndi şəhərində “Zəfər nəsli” gənclər düşərgəsi təşkil olunub Xankəndi şəhərində “Zəfər nəsli” gənclər düşərgəsi təşkil olunub Xankəndi şəhərində “Zəfər nəsli” gənclər düşərgəsi təşkil olunub Xankəndi şəhərində “Zəfər nəsli” gənclər düşərgəsi təşkil olunub Xankəndi şəhərində “Zəfər nəsli” gənclər düşərgəsi təşkil olunub Xankəndi şəhərində “Zəfər nəsli” gənclər düşərgəsi təşkil olunub Xankəndi şəhərində “Zəfər nəsli” gənclər düşərgəsi təşkil olunub
16 Noyabr 2026