“Uğurlu Gələcək Sağlam Gənclikdə Başlayır” layihəsinə start verilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İMSİ İnternat məzunlarının sosial inteqrasiyası” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən “Uğurlu Gələcək Sağlam Gənclikdə Başlayır” layihəsinin icrasına başlanılıb.
Layihənin əsas məqsədi internat məktəblərində təhsil alan və məzun olmağa hazırlaşan gənclərin psixo-sosial inkişafına dəstək göstərmək, onların özünəinamını və sosial bacarıqlarını gücləndirmək, müstəqil həyata və cəmiyyətə uğurlu inteqrasiyaya hazırlıqlarını artırmaqdır.
Layihə çərçivəsində gənclər üçün təlimlər, seminarlar, terapiyalar və yaradıcılıq fəaliyyətləri təşkil olunacaq. Fəaliyyətlər zamanı şəxsiyyətin formalaşması, motivasiya və şəxsi inkişaf, vaxtın səmərəli idarə olunması, liderlik, düzgün ünsiyyət, empatiya və aqressiyanın idarə olunması, eləcə də qızların şəxsi gigiyena ilə bağlı maarifləndirilməsi kimi mövzulara xüsusi diqqət yetiriləcək.
Layihənin əsas istiqamətlərindən biri də gənclərin gələcək peşə və əmək həyatına hazırlanmasıdır. İştirakçılara müasir peşələr, düzgün peşə seçimi, əmək bazarının tələbləri və peşə təhsili imkanları barədə məlumat veriləcək. Eyni zamanda, Dövlət Məşğulluq Agentliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələrinə qəbul imkanları və mövcud istiqamətlər barədə maarifləndirmə aparılacaq.
Qızların şəxsi gigiyena ilə bağlı bilik və vərdişlərinin artırılması da layihənin mühüm istiqamətlərindən biridir. Maarifləndirici sessiyalar vasitəsilə onların sağlamlıq, özünəqayğı və şəxsi gigiyena sahəsində məlumatlılığının artırılması, sağlam və özünəinamlı həyat tərzinin təşviqi nəzərdə tutulur.
Layihə çərçivəsində təşkil olunacaq ekskursiyalar, peşə müəssisələrinə və yaradıcılıq mərkəzlərinə səfərlər gənclərin praktiki bilik və təcrübə qazanmasına, gələcək təhsil və peşə seçimlərini daha düzgün müəyyənləşdirməsinə, həmçinin sosial bacarıqlarının inkişafına şərait yaradacaq.
Xankəndi şəhərində “Zəfər nəsli” gənclər düşərgəsi təşkil olunub
16 Noyabr 2026
Daun sindromlu yeniyetmələrin iştirakı ilə “Təbiətin Dostları Festivalı” keçirilib
10 Noyabr 2026
“Zəfər nəsli” gənclər düşərgəsi keçirilib
10 Noyabr 2026
“Zaqatala Gənclərinin İntellektual Yarışı” layihəsinin rəsmi açılış mərasimi keçirilib!
5 Noyabr 2026
“Fibonacci” intellektual-əyləncəli oyunu yekunlaşıb
3 Noyabr 2026
MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memo…
31 Oktyabr 2026
“Zaqatala Gənclərinin İntellektual Yarışı” layihəsinə qeydiyyat başladı!
25 Oktyabr 2026
Xidmət rəisi "Miqrasiya Məktəbi " haqqında paylaşım etdi
5 Oktyabr 2026
Səyyar Gənclər Xidməti növbəti dayanacağı olan Salyan ilə fəaliyyətinə davam edir
1 Oktyabr 2026
“Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqə…
30 Sentyabr 2026