Təhsil İdman Peşə İnnovasiya Karyera

Gənclər Təşkilatları

Logo

“Zaqatala Gənclərinin İntellektual Yarışı” layihəsinə qeydiyyat başladı!

“Zaqatala Gənclərinin İntellektual Yarışı” layihəsinə qeydiyyat başladı!

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və “Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin təşkilati tərəfdaşlığı ilə “Zaqatala Gənclərinin İntellektual Yarışı” layihəsi həyata keçiriləcək.

Azərbaycan Respublikası Gənclər Fondunun “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər” üzrə qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən, Zəhra Musayevanın rəhbərlik etdiyi layihə Zaqatala gənclərinin intellektual potensialının inkişaf etdirilməsinə, onların bilik və dünyagörüşünün artırılmasına, komanda işi və sağlam rəqabət mühitinin təşviqinə yönəlib.

Layihə çərçivəsində 31 oktyabr 2026-cı il tarixində Zaqatala şəhərində açılış tədbiri və layihənin ilk oyunu təşkil olunacaq. 

"Xəmsə" formatında olan intellektual yarışda hər biri 5 nəfərdən ibarət olmaqla ümumilikdə 8 komandanın iştirakı nəzərdə tutulur. Yarış iki yarımfinal və bir final oyunu olmaqla üç mərhələdə keçiriləcək. İştirakçılar müxtəlif istiqamətlər üzrə biliklərini nümayiş etdirmək, məntiqi düşünmə və komanda şəklində qərarvermə bacarıqlarını sınamaq imkanı əldə edəcəklər.

Yarışın yekununda ilk üç yeri tutan komandalar hədiyyələrlə mükafatlandırılacaqlar.

Layihədə iştirak etmək istəyən gənclər profilin bioqrafiya hissəsində yerləşdirilmiş qeydiyyat linki vasitəsilə müraciət edə bilərlər.

🔗Qeydiyyat linki: https://forms.gle/9DdhVtCQWrohncHKA


“Zaqatala Gənclərinin İntellektual Yarışı” layihəsinə qeydiyyat başladı!
25 Oktyabr 2026