Təhsil İdman Peşə İnnovasiya Karyera

Gənclər Təşkilatları

Logo

"Könüllülər üçün yay təcrübə proqramı 2026 "

"Könüllülər üçün yay təcrübə proqramı 2026 "

“Regional İnkişaf” İctimai Birliyi tərəfindən gənclərin fərdi inkişafına və peşəkar bacarıqlarının artırılmasına dəstək məqsədilə təşkil olunan “Könüllülər üçün yay təcrübə proqramı – 2026” layihəsi çərçivəsində görüşlər davam edir.

 

Proqram çərçivəsində növbəti təlim “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Fəxrəddin Abdullayev tərəfindən “Tənqidi düşüncə” mövzusunda keçirilib. Təlim zamanı iştirakçılara məlumatları obyektiv təhlil etmək, faktı rəydən ayırmaq və məntiqli qərarlar qəbul etmək bacarıqları aşılanıb. Həmçinin manipulyasiya və dezinformasiyanın müəyyənləşdirilməsi, arqumentlərin qiymətləndirilməsi və gündəlik həyatda, eləcə də iş mühitində daha düzgün qərarların qəbul edilməsi ilə bağlı praktiki nümunələr təqdim olunub.

 

Qeyd edək ki, layihənin məqsədi gənclərə müxtəlif istiqamətlər üzrə praktiki bilik və bacarıqlar qazandırmaq, onların peşəkar inkişafını dəstəkləmək və gələcək əmək fəaliyyətinə hazırlıq səviyyəsini artırmaqdır.


"Könüllülər üçün yay təcrübə proqramı 2026 " "Könüllülər üçün yay təcrübə proqramı 2026 " "Könüllülər üçün yay təcrübə proqramı 2026 " "Könüllülər üçün yay təcrübə proqramı 2026 " "Könüllülər üçün yay təcrübə proqramı 2026 "
15 Avqust 2026