Təhsil İdman Peşə İnnovasiya Karyera

Gənclər Təşkilatları

Logo

"Keçmişin vizual izi: İçərişəhər gənclərin gözü ilə"

"Keçmişin vizual izi: İçərişəhər gənclərin gözü ilə"

Tarixə yeni baxış açmağa hazırsan?

    "Keçmişin vizual izi: İçərişəhər gənclərin gözü ilə" – gənclərin mobil fotoqrafiya və vizual hekayəçilik vasitəsilə İçərişəhərin tarixi irsini kəşf etməsinə yönəlmiş yeni layihədir.   Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi çərçivəsində həyata keçirilir. 
İştirakçılara  İçərişəhərin tarixi-mənəvi əhəmiyyəti, mobil fotoqrafiya, kompozisiya və vizual hekayəçilik (storytelling) üzrə təlim keçiriləcək, onlar isə abidələrin estetik fotolarını çəkib tanıtım mətnləri hazırlayacaqlar. Ən yaxşı işlərdən rəqəmsal “İçərişəhər Foto-Kataloqu” yaradılacaq

  12–13 noyabr, saat 13:00 – İçərişəhərin tarixi, mobil fotoqrafiya, kompozisiya və storytelling təlimi
   növbəti həftə – Yekun sərgi, mükafatlandırma və bağlanış mərasimi

Layihədə 18–25 yaş arası 25 gənc iştirak edəcək. Təcrübə vacib deyil, telefon və maraq kifayətdir! Ən yaxşı işlər rəqəmsal "İçərişəhər Foto-Kataloqu"na daxil ediləcək, iştirakçılara sertifikat və hədiyyələr təqdim olunacaq.

  Qeydiyyat üçün link: 
 https://docs.google.com/forms/d/e/1FAIpQLSfTeOFGzbQ4deppE2FhWj4cPn1x0oee0gp3NrVQ2dXI8zFlbA/viewform?usp=header


"Keçmişin vizual izi: İçərişəhər gənclərin gözü ilə"
5 Noyabr 2026