Sumqayıtda "Gənclərə öz karyera yollarını seçməkdə kömək edən - çatbotlar" layihəsinə yekun vuruldu.
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin və Sumqayıt Gənclər Evinin təşkilati dəstəyi ilə 30 avqust 2025-ci il tarixində Gənclər Evində Sumqayıt Tələbələri İctimai Birliyi tərəfindən Gənclər Fondunun rəqəmsal mövzuda qrant müsabiqəsi çərçivəsində "Gənclərə öz karyera yollarını seçməkdə kömək edən - çatbotlar" layihəsinin bağlanış mərasimi həmçinin layihə çərçivəsində yaradılmış çatbotun təqdimatı keçirilib.
Tədbirdə çıxış edənlər ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, Gənclər Fondunun və İctimai Birliyin fəaliyyətindən və layihənin icrası istiqamətində görülmüş işlərdən danışıblar.
Daha sonra hazırlanmış "Youthbot"adlı çatbot gənclərə təqdim edilib və ətraflı məlumat verilib.
Bildirilib ki, hazırlanmış çatbot vasitəsilə informasiyalara sürətli çıxış imkanları, gənclərin karyera qurmaqda məlumatlandırılması, karyera bacarıqlarının inkişafı və gələcək illərdə hansı peşənin perspektivli olduğunun öncədən bilmək şansı və bu kimi digər sorğuların ani mesajla cavablandırılmasının mümkün olacağı bildirilib.
Çatbotda təhsil, karyera və təlim paneli yaradılıb ki, bu panellər vasitəsilə mövzu ətrafında verilən suallara qısa vaxtda cavab almaq imkanı yaranacaqdır.
Xankəndi şəhərində “Zəfər nəsli” gənclər düşərgəsi təşkil olunub
16 Noyabr 2026
Daun sindromlu yeniyetmələrin iştirakı ilə “Təbiətin Dostları Festivalı” keçirilib
10 Noyabr 2026
“Zəfər nəsli” gənclər düşərgəsi keçirilib
10 Noyabr 2026
“Zaqatala Gənclərinin İntellektual Yarışı” layihəsinin rəsmi açılış mərasimi keçirilib!
5 Noyabr 2026
“Fibonacci” intellektual-əyləncəli oyunu yekunlaşıb
3 Noyabr 2026
MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memo…
31 Oktyabr 2026
“Zaqatala Gənclərinin İntellektual Yarışı” layihəsinə qeydiyyat başladı!
25 Oktyabr 2026
“Uğurlu Gələcək Sağlam Gənclikdə Başlayır” layihəsinə start verilib
6 Oktyabr 2026
Xidmət rəisi "Miqrasiya Məktəbi " haqqında paylaşım etdi
5 Oktyabr 2026
Səyyar Gənclər Xidməti növbəti dayanacağı olan Salyan ilə fəaliyyətinə davam edir
1 Oktyabr 2026