“İqlim Diplomatiyası: COP29 Mirası” adlı beynəlxalq tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, “Gənclərin Töhfəsi” İctimai Birliyi, Türkiyə Yeşilay Cəmiyyəti, Uluslararası Yeşilay Federasyonu, Qida Təhlükəsizliyi Hərəkatı, Yeşilay Gürcüstan Cəmiyyəti və Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin birgə təşkilatçılığı ilə İstanbulun Camlı Köşk məkanında keçirildi.
Tədbirdə COP29-un yaratdığı beynəlxalq əməkdaşlıq imkanları, iqlim dəyişikliyinin qlobal təsirləri, qida təhlükəsizliyi və vətəndaş cəmiyyətinin bu prosesdə rolu geniş müzakirə olundu. Açılış və panel çıxışlarında Azərbaycan və Türkiyənin rəsmi şəxsləri, beynəlxalq təşkilat rəhbərləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etdilər.
Tədbirin moderatorluğunu “Gənclərin Töhfəsi” İctimai Birliyinin idarə heyəti üzvü, ekoloq Mirsirac Siraclı həyata keçirdi. Açılış nitqi ilə çıxış edən “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev vurğuladı ki, “COP29-un mirası bizə göstərir ki, iqlim dəyişikliyi ilə mübarizə yalnız hökumətlərin deyil, vətəndaş cəmiyyətinin də üzərinə məsuliyyət qoyur. Gənclər olaraq bu mübarizədə ön sırada olmağa hazırıq.”
Ardınca Türkiyə Yeşilay Cəmiyyəti sədr müavini, Uluslararası Yeşilay Federasyonu baş katibi Dr. Mehmet Güllüoğlu bildirdi ki, “İqlim dəyişikliyi ekoloji məsələ olmaqla yanaşı, sosial məsuliyyətdir. STK-ların əməkdaşlığı və beynəlxalq həmrəylik bu mübarizənin uğuru üçün vacibdir.”
Azərbaycanın İstanbuldakı konsulu Kənan Abbasov qeyd etdi ki, “COP29 Azərbaycanın qlobal iqlim gündəmində rolunu gücləndirdi. Bu tədbir ölkələrimiz arasındakı dostluq və yaşıl əməkdaşlığı daha da möhkəmləndirir.”
Qida Təhlükəsizliyi Hərəkatının sədri və layihə rəhbəri Məhsəti Hüseynova çıxışında vurğuladı ki, “İqlim dəyişikliyi birbaşa kənd təsərrüfatı və qida təhlükəsizliyinə də təsir göstərir. Maarifləndirmə və məsuliyyətli davranış hər birimizin üzərinə düşən vəzifədir.”
Türkiyə Yeşilay Cəmiyyəti Beynəlxalq Əməkdaşlıq müdiri Sedef Erçetin qeyd etdi ki, “İqlim dəyişikliyi yalnız təbiətə deyil, insanların gündəlik həyatına da təsir edir. Sağlam və davamlı gələcək üçün birlikdə addımlamalıyıq.”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası sədr müavini Pərviz Məmmədzadə çıxışında bildirdi ki, “Bu tədbirlər Azərbaycan və Türkiyə arasında vətəndaş cəmiyyəti əməkdaşlığını gücləndirir. Birgə fəaliyyətimiz gələcək nəsillər üçün dəyərli miras olacaq.”
BulTürk Derneği Başkanı Rafet Ulutürk vurğuladı ki, “İqlim diplomatiyasında uğur yalnız beynəlxalq əməkdaşlıqla mümkündür. STK-ların birliyi bu yolda əvəzsiz rol oynayır.”
Gənclərin Töhfəsi İctimai Birliyinin idarə heyətinin üzvü, ekoloq Mirsirac Siraclı çıxış edərək bildirdi ki, “Gənclər iqlim diplomatiyasının əsas hərəkətverici gücüdür. COP29-un mirası bizə göstərir ki, ekoloji təşəbbüslərdə gənclərin iştirakı davamlı gələcək üçün vacibdir.”
Tədbirdə COP29-a həsr olunmuş layihə çərçivəsində hazırlanmış video-süjet iştirakçılara təqdim olundu.
Tədbirin sonunda bütün rəsmi qonaqlara təşəkkür plaketləri təqdim edildi. Həmçinin iştirakçılar üçün mövzuya dair maarifləndirici yarış təşkil olundu və qaliblər simvolik hədiyyələrlə təltif olundu.
Bu beynəlxalq platforma COP29-un mirasını davam etdirmək, region ölkələrinin gənclərini və vətəndaş cəmiyyətini iqlim mübarizəsində bir araya gətirmək baxımından mühüm əhəmiyyət kəsb etdi.
Xankəndi şəhərində “Zəfər nəsli” gənclər düşərgəsi təşkil olunub
16 Noyabr 2026
Daun sindromlu yeniyetmələrin iştirakı ilə “Təbiətin Dostları Festivalı” keçirilib
10 Noyabr 2026
“Zəfər nəsli” gənclər düşərgəsi keçirilib
10 Noyabr 2026
“Zaqatala Gənclərinin İntellektual Yarışı” layihəsinin rəsmi açılış mərasimi keçirilib!
5 Noyabr 2026
“Fibonacci” intellektual-əyləncəli oyunu yekunlaşıb
3 Noyabr 2026
MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memo…
31 Oktyabr 2026
“Zaqatala Gənclərinin İntellektual Yarışı” layihəsinə qeydiyyat başladı!
25 Oktyabr 2026
“Uğurlu Gələcək Sağlam Gənclikdə Başlayır” layihəsinə start verilib
6 Oktyabr 2026
Xidmət rəisi "Miqrasiya Məktəbi " haqqında paylaşım etdi
5 Oktyabr 2026
Səyyar Gənclər Xidməti növbəti dayanacağı olan Salyan ilə fəaliyyətinə davam edir
1 Oktyabr 2026