Təlim proqramı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən “Bərpa, Tikinti və İdarəetmə Xidmətləri”nin əməkdaşları üçün nəzərdə tutulub və dövlət idarəçiliyində müasir yanaşmaların, innovativ texnologiyaların tətbiqi sahəsində bilik və bacarıqların artırılmasını hədəfləyir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib. Açılış mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və “Regional İnkişaf” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Murad Qasımlı çıxış ediblər. Çıxışlarda dövlət idarəçiliyində innovativ yanaşmaların əhəmiyyəti, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və idarəetmə proseslərində peşəkar kadr potensialının rolu vurğulanıb.
Təlim proqramı çərçivəsində akademik Urxan Ələkbərov tərəfindən keçirilən təlimdə Azərbaycanın müasir dövlət idarəçiliyinin formalaşmasında liderliyin, institusional davamlılığın və innovativ yanaşmaların rolu geniş şəkildə təhlil olunmuş, ölkəmizin iqtisadi, texnoloji və idarəetmə potensialının Prezident İlham Əliyevin uzaqgörən siyasəti və ardıcıl islahatları nəticəsində əhəmiyyətli dərəcədə gücləndiyi vurğulanmışdır. Təlim çərçivəsində dövlət idarəçiliyinin klassik nəzəri əsasları ilə müasir idarəetmə prinsipləri qarşılıqlı müqayisə olunmuş, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş strateji idarəetmə və enerji siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən innovativ və adaptiv yanaşmalarla uğurla davam etdirildiyi qeyd edilmiş, dövlət qulluqçularının peşəkar bacarıqlarının artırılması baxımından praktiki əhəmiyyət daşıyan müzakirələr aparılmışdır.
Proqramın davamında “Azərbaycan Respublikasında dövlət idarəçiliyi islahatları” mövzusunda növbəti təlim keçirilib. Təlim siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elnur Əliyev tərəfindən aparılıb. Sessiya zamanı dövlət idarəçiliyində institusional islahatların mərhələləri, normativ-hüquqi baza, şəffaflıq və hesabatlılığın gücləndirilməsi istiqamətində görülən tədbirlər, eləcə də idarəetmədə səmərəlilik və vətəndaş məmnunluğu prinsipləri ətraflı şəkildə izah olunub.
Təlim proqramının ikinci günündə hüquq elmləri doktoru, professor Namiq Əliyev “Dövlət idarəçiliyində protokol qaydaları” mövzusunda çıxış edib. Təlim çərçivəsində dövlət idarəçiliyində rəsmi protokol və etik davranış qaydalarının əhəmiyyəti, rəsmi sənədləşmə prosedurları və tədbirlərin təşkili prinsipləri iştirakçıların diqqətinə çatdırılıb.
Proqramın davamında siyasi elmlər üzrə fəlsəfə doktoru Esmira Osmanova tərəfindən “Dövlət idarəçiliyində komanda quruculuğu” mövzusunda təlim təşkil olunub. Təlim zamanı effektiv komanda modelinin formalaşdırılması, əməkdaşlıq və liderlik bacarıqlarının inkişaf etdirilməsi, həmçinin idarəetmə prosesində qarşılıqlı dəstək və koordinasiyanın rolu üzrə praktiki yanaşmalar təqdim edilib.
Təlim proqramı iştirakçılar tərəfindən yüksək məmnunluqla qarşılanmış və uğurla başa çatmışdır. Təlim proqramının növbəti mərhələlərinin mart-aprel aylarında davam etdirilməsi nəzərdə tutulur.
Xankəndi şəhərində “Zəfər nəsli” gənclər düşərgəsi təşkil olunub
16 Noyabr 2026
Daun sindromlu yeniyetmələrin iştirakı ilə “Təbiətin Dostları Festivalı” keçirilib
10 Noyabr 2026
“Zəfər nəsli” gənclər düşərgəsi keçirilib
10 Noyabr 2026
“Zaqatala Gənclərinin İntellektual Yarışı” layihəsinin rəsmi açılış mərasimi keçirilib!
5 Noyabr 2026
“Fibonacci” intellektual-əyləncəli oyunu yekunlaşıb
3 Noyabr 2026
MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memo…
31 Oktyabr 2026
“Zaqatala Gənclərinin İntellektual Yarışı” layihəsinə qeydiyyat başladı!
25 Oktyabr 2026
“Uğurlu Gələcək Sağlam Gənclikdə Başlayır” layihəsinə start verilib
6 Oktyabr 2026
Xidmət rəisi "Miqrasiya Məktəbi " haqqında paylaşım etdi
5 Oktyabr 2026
Səyyar Gənclər Xidməti növbəti dayanacağı olan Salyan ilə fəaliyyətinə davam edir
1 Oktyabr 2026