Təhsil İdman Peşə İnnovasiya Karyera

Gənclər Təşkilatları

Logo

“Regional İnkişaf” İctimai Birliyinin könüllüləri ilə elm və təhsil nazirinin müavini Firudin Qurbanovun görüşü keçirilib

“Regional İnkişaf” İctimai Birliyinin könüllüləri ilə elm və təhsil nazirinin müavini Firudin Qurbanovun görüşü keçirilib

Fevralın 18-də “Regional İnkişaf” İctimai Birliyinin paytaxt və regionları təmsil edən könüllüləri ilə "Mentorla görüş" layihəsi çərçivəsində Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanovun görüşü keçirilib.

Görüş zamanı Firudin Qurbanov geniş təqdimatla çıxış edərək ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Azərbaycanın suverenliyinin tam bərpası fonunda gənclərin üzərinə düşən yeni vəzifələr, XXI əsrin çağırışları və gələcəyin peşələri barədə ətraflı məlumat verib. Nazir müavini müasir dövrdə dünyanın 4-cü sənaye inqilabı mərhələsində olduğunu, yaxın onilliklərdə süni intellekt və “insansız” texnologiyaların üstünlük təşkil etdiyi yeni texnoloji mərhələyə keçidin gözlənildiyini, bu baxımdan gənclərin yalnız biliklə deyil, eyni zamanda yaradıcı təfəkkür, tənqidi düşüncə, ünsiyyət və texnologiyalardan səmərəli istifadə bacarıqlarının formalaşmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Müasir cəmiyyətin əsas ehtiyacının dəyişən şəraitə uyğunlaşa bilən, müstəqil qərar qəbul etməyi bacaran, məsuliyyətli və təşəbbüskar gənclər olduğunu diqqətə çatdıran Firudin Qurbanov uğurun hər bir insanın qarşıya qoyduğu məqsədlər, daşıdığı məsuliyyət və şəxsi inkişaf səviyyəsi ilə birbaşa bağlı olduğunu bildirib.

Görüş çərçivəsində könüllülərlə fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.


“Regional İnkişaf” İctimai Birliyinin könüllüləri ilə elm və təhsil nazirinin müavini Firudin Qurbanovun görüşü keçirilib “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri ilə elm və təhsil nazirinin müavini Firudin Qurbanovun görüşü keçirilib “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri ilə elm və təhsil nazirinin müavini Firudin Qurbanovun görüşü keçirilib “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri ilə elm və təhsil nazirinin müavini Firudin Qurbanovun görüşü keçirilib “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri ilə elm və təhsil nazirinin müavini Firudin Qurbanovun görüşü keçirilib “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri ilə elm və təhsil nazirinin müavini Firudin Qurbanovun görüşü keçirilib
18 Fevral 2026