Tədbirin açılışında Azərbaycan Memarlıq və İnşaat Universiteti nin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev, Azərbaycan Gənclər Fondunun AR Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Nail Shukurov, GİKM-in Baş direktoru Azər Əliyev və AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və ərazilərin inkişafı şöbəsinin müdir müavini Şahnaz Bədəlova çıxış edərək gənclərin memarlıq sahəsində inkişafının əhəmiyyətindən və bu istiqamətdə mövcud imkanlardan bəhs ediblər.
GİKM-in Regional nümayəndəliklərlə iş şöbəsinin müidiri Aqil Quliyevin moderatorluğu ilə keçirilən “Əmək bazarı və gənc memarlar: imkanlar və çağırışlar” mövzusunda panel müzakirəsində Azərbaycan Memarlar İttifaqının katibi Şeyda Novruzzadə, “MANARCH” memarlıq şirkətinin təsisçisi İlqar Manafsoy və “PMD Projects” şirkətinin şöbə müdiri, memar Kamran Kərimov spiker qismində çıxış edərək öz təcrübələrini gənclərlə bölüşüblər.
Müzakirədə memarlıq sahəsində karyera imkanları, əmək bazarının tələbləri və peşəkar inkişaf yolları müzakirə olunub, iştirakçıların sualları cavablandırılıb.
Xankəndi şəhərində “Zəfər nəsli” gənclər düşərgəsi təşkil olunub
16 Noyabr 2026
Daun sindromlu yeniyetmələrin iştirakı ilə “Təbiətin Dostları Festivalı” keçirilib
10 Noyabr 2026
“Zəfər nəsli” gənclər düşərgəsi keçirilib
10 Noyabr 2026
“Zaqatala Gənclərinin İntellektual Yarışı” layihəsinin rəsmi açılış mərasimi keçirilib!
5 Noyabr 2026
“Fibonacci” intellektual-əyləncəli oyunu yekunlaşıb
3 Noyabr 2026
MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memo…
31 Oktyabr 2026
“Zaqatala Gənclərinin İntellektual Yarışı” layihəsinə qeydiyyat başladı!
25 Oktyabr 2026
“Uğurlu Gələcək Sağlam Gənclikdə Başlayır” layihəsinə start verilib
6 Oktyabr 2026
Xidmət rəisi "Miqrasiya Məktəbi " haqqında paylaşım etdi
5 Oktyabr 2026
Səyyar Gənclər Xidməti növbəti dayanacağı olan Salyan ilə fəaliyyətinə davam edir
1 Oktyabr 2026