Gənc ailələrin məşğulluğu və ekoloji sahibkarlığın təşviqi məqsədilə həyata keçirilən “Gənc arıçı” layihəsi bu dəfə Yevlaxda icra olunacaq. Layihə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2021-ci ildən etibarən ölkəmizin müxtəlif bölgələrində uğurla reallaşdırılır.
Layihəyə cəlb olunacaq 20 gənc ailə əvvəlcə nəzəri və praktiki təlimlərdə iştirak edəcək. Təlimləri başa vurmuş iştirakçılar arı ailələri və pətəklər, arıçı geyimi, balsüzən aparat və digər zəruri avadanlıqlarla təmin olunacaqlar. Gənc arıçılara istehsalat prosesinin effektiv təşkili üçün zəruri şərait yaradılacaq, eyni zamanda məhsulların sertifikatlaşdırılması, brendləşdirilməsi, dizaynı və satış strategiyalarının hazırlanması sahəsində metodoloji və peşəkar dəstək göstəriləcək.
Qeyd edək ki, 2021-ci ildən etibarən IDEA İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və ABAD publik hüquqi şəxsin tərəfdaşlığı ilə həyata keçirilən “Gənc arıçı” layihəsi çərçivəsində ölkənin müxtəlif regionlarında yaşayan 80-dən çox gənc ailəyə arıçılıq təsərrüfatının qurulmasına dəstək göstərilib.
Layihənin məqsədi biomüxtəlifliyin əsas qoruyucularından biri olan arıların ölkə üzrə yayılma arealının genişləndirilməsi, arıçılığın ekosahibkarlıq forması kimi regionlarda təşviqi, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı fəaliyyətlərinin dəstəklənməsi və keyfiyyətli təbii bal istehsalının artırılmasıdır. Eyni zamanda layihə, gənc ailələrin sosial rifahının yüksəldilməsinə və onların dayanıqlı məşğulluğunun təmin olunmasına töhfə verməyi hədəfləyir.
“Gənc arıçı” layihəsində iştirak etmək istəyən Yevlaxda yaşayan 18-35 yaşarası gənclər mayın 5-dək müraciətlərini IDEA İctimai Birliyinin “1113” qaynar xətti və ya elektron poçt ünvanı (info@ideacampaign.org) vasitəsilə göndərə və ya Dövlət Məşğulluq Agentliyinin Yevlax xidmət şöbəsinə yaxınlaşaraq qeydiyyatdan keçə bilərlər.
Xankəndi şəhərində “Zəfər nəsli” gənclər düşərgəsi təşkil olunub
16 Noyabr 2026
Daun sindromlu yeniyetmələrin iştirakı ilə “Təbiətin Dostları Festivalı” keçirilib
10 Noyabr 2026
“Zəfər nəsli” gənclər düşərgəsi keçirilib
10 Noyabr 2026
“Zaqatala Gənclərinin İntellektual Yarışı” layihəsinin rəsmi açılış mərasimi keçirilib!
5 Noyabr 2026
“Fibonacci” intellektual-əyləncəli oyunu yekunlaşıb
3 Noyabr 2026
MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memo…
31 Oktyabr 2026
“Zaqatala Gənclərinin İntellektual Yarışı” layihəsinə qeydiyyat başladı!
25 Oktyabr 2026
“Uğurlu Gələcək Sağlam Gənclikdə Başlayır” layihəsinə start verilib
6 Oktyabr 2026
Xidmət rəisi "Miqrasiya Məktəbi " haqqında paylaşım etdi
5 Oktyabr 2026
Səyyar Gənclər Xidməti növbəti dayanacağı olan Salyan ilə fəaliyyətinə davam edir
1 Oktyabr 2026