“Regional İnkişaf” İctimai Birliyi tərəfindən İctimai Birliyin Gəncə-Daşkəsən regionundan olan könüllüləri üçün keçirilən "Mentorluq və İnkişaf Akademiyası" layihəsi çərçivəsində təlimlər davam edir.
Növbəti təlim “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Fəxrəddin Abdullayev tərəfindən Gəncə Gənclər Evində “Təqdimat bacarıqları” mövzusunda keçirilib.
Təlim zamanı iştirakçılara auditoriya qarşısında effektiv çıxış etməyin əsas prinsipləri, düzgün bədən dili və səs tonundan istifadə qaydaları, vizual baxımdan cəlbedici və peşəkar təqdimatların hazırlanması üsulları, çıxış zamanı həyəcanın idarə olunması metodları, eləcə də məlumatın hekayəçilik texnikaları vasitəsilə daha təsirli şəkildə çatdırılması barədə ətraflı məlumat verilib, praktiki tövsiyələr təqdim olunub.
Qeyd edək ki, layihənin məqsədi könüllülərin şəxsi və peşəkar bacarıqlarını inkişaf etdirmək, mentor dəstəyi və praktiki fəaliyyətlər vasitəsilə onların karyera istiqamətlərini düzgün müəyyənləşdirmələrinə töhfə verməkdir.
Xəbər "Reqional İnkişaf " İctimai Birliyinin rəsmi sosial şəbəkəsinə istinadən verilir.
Xankəndi şəhərində “Zəfər nəsli” gənclər düşərgəsi təşkil olunub
16 Noyabr 2026
Daun sindromlu yeniyetmələrin iştirakı ilə “Təbiətin Dostları Festivalı” keçirilib
10 Noyabr 2026
“Zəfər nəsli” gənclər düşərgəsi keçirilib
10 Noyabr 2026
“Zaqatala Gənclərinin İntellektual Yarışı” layihəsinin rəsmi açılış mərasimi keçirilib!
5 Noyabr 2026
“Fibonacci” intellektual-əyləncəli oyunu yekunlaşıb
3 Noyabr 2026
MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memo…
31 Oktyabr 2026
“Zaqatala Gənclərinin İntellektual Yarışı” layihəsinə qeydiyyat başladı!
25 Oktyabr 2026
“Uğurlu Gələcək Sağlam Gənclikdə Başlayır” layihəsinə start verilib
6 Oktyabr 2026
Xidmət rəisi "Miqrasiya Məktəbi " haqqında paylaşım etdi
5 Oktyabr 2026
Səyyar Gənclər Xidməti növbəti dayanacağı olan Salyan ilə fəaliyyətinə davam edir
1 Oktyabr 2026