Təhsil İdman Peşə İnnovasiya Karyera

Gənclər Təşkilatları

Logo

Bakı Konqres Mərkəzində “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu təşkil olunub

Bakı Konqres Mərkəzində “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu təşkil olunub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir Gənclər və İdman Nazirliyinin, “ASAN xidmət”in və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

Gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, "Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev, Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini

Firudin Qurbanov və Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov çıxış edərək Ulu Öndərin zəngin dövlətçilik fəaliyyətindən, Azərbaycanın dirçəlişində və müstəqil dövlət kimi formalaşmasında oynadığı müstəsna rolundan söz açıblar.

Forumun ikinci hissəsində "Heydər Əliyevin dövlətçilik irsi və gənclər siyasəti” mövzusuna həsr olunan panel görüşdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Könül Nurullayeva və Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktorunun müavini Rəna Məmmədova iştirak ediblər.

Forumda Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən videoçarxlar nümayiş olunub.

Xatırladaq ki, silsilə tədbirlər çərçivəsində “Milli dövlətçilik yolumuz” adlı intellektual çempionat və "Zirvə" gənclər düşərgəsi baş tutub.


Bakı Konqres Mərkəzində “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu təşkil olunub Bakı Konqres Mərkəzində “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu təşkil olunub Bakı Konqres Mərkəzində “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu təşkil olunub Bakı Konqres Mərkəzində “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu təşkil olunub Bakı Konqres Mərkəzində “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu təşkil olunub Bakı Konqres Mərkəzində “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu təşkil olunub
10 May 2026