Türkiyə Respublikası Gənclik və İdman Nazirliyinin koordinasiyası və Konya Gənclik və İdman İl Müdirliyinin təşkilatçılığı ilə baş tutan zirvənin əsas məqsədi Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında könüllülük sahəsində əməkdaşlığın gücləndirilməsi, gənclərarası qarşılıqlı əlaqələrin artırılması və təcrübə mübadiləsi olub.
Proqram çərçivəsində iştirakçı ölkələrdə gənclərə yönəlik həyata keçirilən fəaliyyətlərlə bağlı görüşlər, dəyirmi masa müzakirələri və ölkə təqdimatları təşkil edilib. Müzakirələr fövqəladə halların idarə edilməsi və dayanıqlılıq, elm və texnologiya, ətraf mühit və iqlim, təhsil və həyatboyu öyrənmə, gənclərin məlumatlandırılması, məşğulluq və sahibkarlıq, sosial inklüzivlik, vətəndaş cəmiyyəti və beynəlxalq gənclik fəaliyyətləri kimi müxtəlif istiqamətləri əhatə edib.
Zirvə müddətində könüllülük mövzusunda seminarlar, sahə fəaliyyətləri, eləcə də Konya şəhərinin mədəni və tarixi irsini tanıdan proqramlar həyata keçirilib. Tədbir çərçivəsində Türk Dünyasında könüllülük əsaslı davamlı əməkdaşlıqların inkişafı və gələcək birgə layihə imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə “Regional İnkişaf” İctimai Birliyinin regional nümayəndələri Müşfiq Nemətov, Anar Nağıyev, Aydın Budaqov, İlkin Əzizov və Elmir Həsənov da iştirak ediblər.
Xankəndi şəhərində “Zəfər nəsli” gənclər düşərgəsi təşkil olunub
16 Noyabr 2026
Daun sindromlu yeniyetmələrin iştirakı ilə “Təbiətin Dostları Festivalı” keçirilib
10 Noyabr 2026
“Zəfər nəsli” gənclər düşərgəsi keçirilib
10 Noyabr 2026
“Zaqatala Gənclərinin İntellektual Yarışı” layihəsinin rəsmi açılış mərasimi keçirilib!
5 Noyabr 2026
“Fibonacci” intellektual-əyləncəli oyunu yekunlaşıb
3 Noyabr 2026
MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memo…
31 Oktyabr 2026
“Zaqatala Gənclərinin İntellektual Yarışı” layihəsinə qeydiyyat başladı!
25 Oktyabr 2026
“Uğurlu Gələcək Sağlam Gənclikdə Başlayır” layihəsinə start verilib
6 Oktyabr 2026
Xidmət rəisi "Miqrasiya Məktəbi " haqqında paylaşım etdi
5 Oktyabr 2026
Səyyar Gənclər Xidməti növbəti dayanacağı olan Salyan ilə fəaliyyətinə davam edir
1 Oktyabr 2026