Təhsil İdman Peşə İnnovasiya Karyera

Gənclər Təşkilatları

Logo

"Birlikdə Güclüyük " Yay məktəbi uğurla yekunlaşdı.

"Birlikdə Güclüyük " Yay məktəbi uğurla yekunlaşdı.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Talassemiya Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə talassemiya pasiyentləri və onların ailələri üçün “Birlikdə Güclüyük” adlı yay məktəbi keçirilmişdir.

Yay məktəbi çərçivəsində 5 yaşdan 30 yaşadək iştirakçılar üçün iki hissədən ibarət təlimlər və master-klasslar təşkil olunmuşdur.

Tədbirdə aşağıdakı spikerlər çıxış etmişlər:

• Talassemiya Mərkəzinin həkim-hematoloqu – Sevinc Nəbiyeva

• Sosial təlimçi, ekspert – Gülgün Gündüz

• Təlimçi, araşdırmaçı – Məhbubə Mehdiyeva

• Psixoloq – Murad Akifsoy

• Rəssam, master-klass rəhbəri – Zivər Şahhüseynova

Layihə çərçivəsində müxtəlif panel müzakirələri də keçirilmişdir.

Panel sessiyalarında Azərbaycan Talassemiya Federasiyası İctimai Birliyinin həmtəsisçisi və sədri Naila xanım dünyada talassemiya sahəsində baş verən yeniliklər barədə iştirakçıları məlumatlandırmış, onların suallarını cavablandırmışdır.

Layihə iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış və məhsuldar, uğurlu şəkildə başa çatmışdır.

Layihə sonunda iştirakçılara sertifikatlar təqdim edildi.


"Birlikdə Güclüyük " Yay məktəbi uğurla yekunlaşdı. "Birlikdə Güclüyük " Yay məktəbi uğurla yekunlaşdı. "Birlikdə Güclüyük " Yay məktəbi uğurla yekunlaşdı. "Birlikdə Güclüyük " Yay məktəbi uğurla yekunlaşdı. "Birlikdə Güclüyük " Yay məktəbi uğurla yekunlaşdı. "Birlikdə Güclüyük " Yay məktəbi uğurla yekunlaşdı. "Birlikdə Güclüyük " Yay məktəbi uğurla yekunlaşdı. "Birlikdə Güclüyük " Yay məktəbi uğurla yekunlaşdı.
7 İyun 2026